Deputat BNA-nı tənqid etdi: 3-5 nəfər düşür yola orda çəkir, burda çəkir - VİDEO

4 Fevral 2022 20:54

Millət Vəkili Rüfət Quliyev də qanunsuz parklanmaya görə cərimələrin artırılması ilə bağlı təklifə etiraz bildirib.

Deputat deyib ki, aidiyyəti qurumlar bu vasitə ilə Bakıda parklanma ilə bağlı problem aradan qaldıra bilməzlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunun üçün parkinlər salınmalı və vətəndaşlar cərimə ödəməkdənsə, avtomobillərini park etmək üçün ödəniş etməlidirlər.

Bakı Nəqliyyat Agentliyi ittihamlara cavab verib.

Agentliyin yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərovun fikrincə  paytaxtda avtomobillərin park olunması üçün kifayət qədər ödənişli parklanma yeri var və sürücülər bu parkinlərdən istifadə edə bilərlər. 

Milli.Az