Silikonlarını yeniləmisən” deyən izləyicisinə belə cavab verdi - FOTO

4 Fevral 2022 13:26

Son günlər səhnə libasları ilə gündəmdən düşməyən türkiyəli müğənni Gülben Ergen bu dəfə sosial şəbəkə izləyicisinin şərhinə cavab verməsi ilə gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, instaqram izləyicilərindən biri müğənninin sinə dekolteli fotosuna "Silikonlarını yeniləmisən" şərhini yazıb. Ergenin cavabı isə özünü çox gözlətməyib.

"Həyatımda heç vaxt silikonum olmayıb", - deyə müğənni izləyicisinə cavab verib.

Daha sonra verdiyi cavabı instaqram hekayəsində paylaşan Ergen bunları əlavə edib: "Elə özündən razı şərhlər yazırlar ki... Sanki silikon taxtırmağa bərabər getmişdik".

Milli.Az