Günün yuxuyozması
9 Mart 2012 06:00
Milli.Az Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Firuzə - Yuxuda firuzə görürsünüzsə, yaxın vaxtlarda bir ideyanızı həyata keçirərək yaxınlarınızı, doğmalarınızı sevindirəcəksiniz. Gənc qadın yuxuda firuzəsinin oğurlandığını görübsə, sevgi məsələlərində problemlər yaranacaq.
Uçmaq - Təyyarədə uzağa uçmaq - sevgidə narahatlıqlara, uçarkən yıxılmaq - xoşagəlməz hallara, qanadlanıb uçmaq - xoşbəxtliyə, göydə, buludlar arasında uçmaq - sağlamlar üçün xoşbəxtliyə, xəstələr üçün - ölümə işarədir.
Xalça - gəlir və ehtiyac duyduğunuzda sizə kömək edə biləcək varlı dostlar deməkdir. Xalça üzərində gəzmək - xoşbəxtlik, xalça almaq - böyük gəlir, satmaq - gözəl və gəlirli səyahət deməkdir. Gənc qadın yuxuda xalça görürsə, deməli, yaxınlarda gözəl bir evin xanımı olacaq.
Kenquru - bədxahlarınızın planlarını pozacağınıza işarədir. Əgər kenquru üstünüzə atılırsa - nüfuzunuz təhlükədədir. Sizə hücum edən kenqurunu öldürürürsünüzsə, deməli, istənilən maneəni dəf edəcəksiniz.
Əkin - yaşıl tarla - yaxşı qazanc, məhsuldar əkin - ailə üzvlərinin sayının artması, sünbülsüz əkin isə ideyanızın uğursuz olacağı deməkdir.
Milli.Az