Ermənistanda daha 4 192 nəfərdə koronavirus aşkarlanıb

4 Fevral 2022 12:02

Ermənistanda son sutkada daha 4 192 nəfərdə COVID-19 aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 383 458-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 10 nəfər artaraq 8 075 nəfərdir.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 545 nəfərdir. İndiyədək 346 224 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 27 614 aktiv koronavirus xəstəsi var.

Milli.Az