Brilliant Dadaşova: "Toylarına hazırlaşıram, sındıra-sındıra rəqs edəcəyəm" - VİDEO

4 Fevral 2022 15:10

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi instaqram hesabında rəqs edərkən çəkilən görüntülərini yayımlayıb. 

Dadaşova paylaşımına "Səs Azərbaycan"dan sonra artıq uşaqlarım çoxdur. Onların toylarına hazırlaşıram. Sındıra-sındıra rəqs edəcəm, inşallah" şərhini də əlavə edib. 

Xalq artistinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Dadaşovanın rəqs videosuna çoxsaylı bəyənmə gəlib, xeyli şərh yazılıb.

Milli.Az