47 yaşlı kişi itkin düşüb - FOTO

3 Fevral 2022 22:19

Abşeron rayonu, Məhəmmədi kənd sakini, 47 yaşlı Quliyev Nofəl Nail oğlu itkin düşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər.

Bildirilib ki, N.Quliyev fevral ayının 1-də səhər evdən çıxıb, bir daha geri qayıtmayıb.

Evdən çıxarkən onun əyinində qara gödəkcə, başında papaq olub.

Nofəl Quliyevi görənlərdən 070-620-95-35, 055-720-95-35, 051-443-65-00, 070-823-80-32 nömrələri ilə əlaqə saxlanılması xahiş olunur.

Milli.Az