“Sən bu gün necə də gözəlsən” - VİDEO

3 Fevral 2022 20:22

Lənkəran rayonu Jidi kənd məktəbinin ibtidai sinif müəllimi Leyla Qarazadə maraqlı video çəkib.

Milli.Az xəbər verir ki, müəllim şagirdlərə yaxınlaşaraq onlara bu gün qəşəng göründüklərini deyir.

Şagirdlərdə özgüvən yaratmaq istəyən müəllim, həmişə etdiyini bu dəfə telefonla çəkib.

"Məncə müəllimlərindən gördükləri tərif onları çox xoşbəxt edir və özgüvən formalaşdırır. Qəşənglərim", - L.Qarazadə qeyd edib.

Milli.Az