Yoluxanların sayı açıqlandı

3 Fevral 2022 15:35

Azərbaycanda bu gün koronavirus infeksiyasına 6 113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 18 nəfər COVID-19-dan dünyasını dəyişib.

Milli.Az