1956-cı ildən bu günə kimi AZTV-də çalışan operator vəfat etdi

3 Fevral 2022 16:00

Azərbaycan Televiziyasının qocaman əməkdaşlarından biri, Əməkdar mədəniyyət işçisi, operator Nəriman Şıxəliyev vəfat edib.

Bu barədə APA-ya AZTV-dən xəbər verilib.

Qeyd edilib ki, N. Şıxəliyev AzTV yaranan gündən - 1956-cı ildən orada çalışıb.

Milli.Az