Rusiyada gündəlik yoluxmada növbəti antirekord

3 Fevral 2022 17:24

Rusiyada son sutka ərzində daha 155 768 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, COVİD-19 pandemiyası dövründə ən çox gündəlik yoluxma halı qeydə alınıb. Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 12 284 564 nəfərə çatıb.

Son sutka ərzində 667 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 333 357 nəfərə çatıb.

Milli.Az