Xərçəngdən qorunmaq üçün gündə 2 alma metodu - Həkim nutrisoloqdan

3 Fevral 2022 23:25

Rusiyalı Nutrisoloq Nadejda Çapkina xərçəng riskini azaltmaq və bədxassəli hüceyrələrə qarşı gündə 2 ədəd orta alma yeməyi tövsiyə edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, almada çoxlu vitamin, minerallar var: A, C, B, PP, E, maqniy, yod və s.

Elmi araşdırmalar göstərib ki, onkoloji xəstələrin profilaktikasında bu efektiv vasitədir. Alma sinir sistemi, immunitet, damarlara da yaxşı təsir edir.
Gündə 2 ədəd yaşıl alma 18 yaşdan yuxarı hər kəsə lazımdır.

Milli.Az