"Barselona"nın prezidenti Joan Laporta "Borussiya"dan (Dortmund) Erling Haalandı transfer edib-etməyəcəklərinə dair suallara cavab verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bu yay 21 yaşlı hücumçunu komandaya qatmağa çalışacaqlarını bildirib:
"Bu gün biz müəyyən işləri görürük, məşğuluq. Ötən gün Obameyanqı almışıq və onu burada gördüyümüz üçün çox şadıq. Haalanda gəldikdə isə, iyun ayında komandamızı gücləndirməyə çalışacağıq. Düzgün yoldayıq".
Milli.Az