“Deutsche Welle”nin Rusiyada yayımı qadağan edildi

3 Fevral 2022 21:19

Rusiya Almaniyanın "Deutsche Welle" teleradio şirkətinin ölkə ərazisində yayımını qadağan edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Almaniyanın RT DE almandilli televiziya kanalının peyk və digər yayımını qadağan edən qeyri-dost hərəkətlərinə cavab olaraq fevralın 2-də elan edilmiş cavab tədbirləri çərçivəsində Rusiya tərəfi cavab tədbirlərinin birinci mərhələsini həyata keçirmək niyyətindədir.

Milli.Az