Moskvada 8 vaqon relsdən çıxıb, 2 fəhlə yaralandı

3 Fevral 2022 11:12

Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində "Lyublino-Sortiroviçnoye" stansiyasında 8 boş vaqonun relsdən çıxması nəticəsində 2 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Moskva dəmir yollarının saytı yayıb.

Bildirilib ki, hadisə ilə bağlı ətraf mühitə ziyan dəyməyib, yaralı fəhlələr hospitala yerləşdirilib.

Milli.Az