Xətai rayonunda motosiklet qəza törədib

3 Fevral 2022 08:22

Bakıda motosiklet qəza törədib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonu Ukrayna dairəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məcidov Əhəd Nizam oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az