Bolqarıstan Azərbaycandan qaz tədarükünün həcmini artırmaq niyyətindədir.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bildirib. Onun sözlərinə görə, hazırda Bolqarıstan Azərbaycanla razılaşdırılmış həcmlərin 30-35%-ni alır.
Eyni zamanda, nazir qeyd edib ki, Bakının mövqeyi tədarüklərin həcmini artırmaqdır.
Milli.Az