Nazpəri Dostəliyevaya 501 hədiyyə
8 Mart 2012 15:15
Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Nazpəri Dostəliyevaya 8 Mart Beynəlxalq Qadınlar Günündə orijinal gül buketi hədiyyə edilib. Bu barədə məlumatı sənətkarın meneceri Mikayıl Hüseynovdan aldıq:
"Bir saat öncə Nazpəri xanımın oğlanları ona 501 qırmızı qızıl güllərdən buket bağışladılar. Açığı, oğlanlarından həmişə sürpriz hədiyyələr aldığı üçün bu hədiyyə heç də təəccüblü deyil. Sadəcə, nə üçün güllərin sayının o qədər olduğunu deməkdə çətinlik çəkir. Yəqin, sürprizin məğzi bayram süfrəsi arxasında əyləşəcəkləri zaman açıqlanar".
Şahin Cavadsoy
Milli.Az