Rusiyada gəmidə yanğın baş verib, 18 dənizçi təxliyə edilib

3 Fevral 2022 07:43

Bu gün yerli vaxtla saat 05 radələrində Rusiyanın Vladivostok diyarında limanında lövbər salan soyuducu gəmidə yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

"Soyuducu gəmidə yanğın barədə məlumat daxil olandan 3 dəqiqə sonra yanğınsöndürənlərin hadisə yerinə çatıb. Gəminin ikinci göyərtəsindəki camaşırxanada tüstü müşahidə olunub və gəmidə olan 18 dənizçi sahilə çıxa bilib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb", - məlumatda bildirilib.

Yanğın, təxminən 10 kvadratmetr ərazini əhatə edib. Yanğın söndürülüb. Dəymiş ziyan və yanğının başvermə səbəbləri araşdırılır.

Milli.Az