Gəncədə mağaza yanıb - FOTO

2 Fevral 2022 23:25

Gəncədə yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Ətdarlar küçəsində qeydə alınıb.

Sözügedən ünvanda mağaza anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Xəsarət alan olmayıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Milli.Az