«İnter» İtaliya kubokuna sahib çıxdı - VİDEO

6 May 2010 10:17
Milli.Az sports.ru saytına istinadən xəbər verir ki, final qarşılaşmasında "İnter" çempionatda da əsas rəqibi olan "Roma"nı minimal hesabla məğlub edib. Matçda yeganə qolu 22-ci dəqiqədə Milito vurub.

"Roma" isə əsas oyunçusu Tottinin 88-ci dəqiqədə meydandan qovulması ilə yadda qalıb.

Milanlıların portuqaliyalı baş məşqçisi Joze Mourinyo adəti üzrə öyünməkdən qalmayıb: "Mən artıq Portuqaliyada, İngiltərədə və İtaliyada bütün titulları qazandığımı söyləyə bilərəm. Pis deyil".

Milli.Az