“Özümü təhqir olunmuş hiss etdim" - Geyiminə görə əyləncə mərkəzinə buraxılmadı - FOTO

3 Fevral 2022 05:44

Amerikalı modeli Uitni Peyci Universal Studios əyləncə parkına daxil olmağa icazə verməyiblər.

Milli.Az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Hadisə 2021-ci ilin iyununda baş versə də, bu barədə yalnız indi məlum olub.

Florida ştatının 26 yaşlı sakini olan model əyləncə parkına qısa köynək və şortda gəlib, Onun sözlərinə görə, bir çox digər ziyarətçilər də eyni şəkildə geyiniblər. Lakin parkın girişində mühafizə xidmətinin əməkdaşı ona yaxınlaşıb və geyimi həddindən artıq açıq olduğundan onu içəri buraxa bilməyəcəyini bildirib. "Özümü təhqir olunmuş hiss etdim. Mənə dedilər ki, içəri girə bilmək üçün üstümü dəyişim. Amma mənim görünüşüm geyim kodu qaydalarına zidd deyildi" deyə model şikayət edib.

Anar Əli
Milli.Az