Vaşinqtonda Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə fotosərgi açılacaq
6 May 2010 10:21
Azərbaycanın Vaşinqtondakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində fəaliyyət göstərən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində keçirilən sərgidə nümayiş etdirilən fotolar Heydər Əliyevin Birləşmiş Ştatlara çoxsaylı rəsmi və işguzar səfərlərindən məqamları əks etdirəcək.
ABŞ paytaxtının sənətsevərləri və bölgəmizlə maraqlananlar sərgi ilə bir həftə ərzində tanış olmaq imkanı əldə edəcəklər.