Akar: “Axtarışda olan bir çox terrorçu məhv edilib”

2 Fevral 2022 20:54

Türkiyə Silahlı Qüvvələri "Qış Qartalı" antiterror əməliyyatını uğurla başa vurublar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar deyib.

O, qeyd edib, ki, PKK/YPG terrorçularının gizləndiyi sığınacaqlar və mağaralar Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.

Onun sözlərinə görə, axtarışda olan bir çox terrorçu zərərsizləşdirilib.

Milli.Az