Ermənistanda koronavirusdan ölənlərin sayı 8060-a çatıb

2 Fevral 2022 18:42

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 3956 yoluxma qeydə alınıb.

Ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 374 878-ə çatıb.

Son sutka ərzində infeksiyadan 4 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 8 060 nəfərə yüksəlib.

Milli.Az