Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VAR

2 Fevral 2022 11:34

Koronavirusa yoluxan Xalq artisti Valeh Kərimov müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Milli.Az bildirir ki, bu barədə "Report"a Xalq artisti özü məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda evindədir: "Dörd gün xəstəxanada qaldım, müalicə olundum. İndi tam sağalmışam. Özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, V.Kərimov bir müddət əvvəl koronavirusa yoluxub. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurdu.

Milli.Az