Gürcüstanda koronavirusa sutkalıq yoluxma 26 mini ötüb

2 Fevral 2022 11:22

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 26 320 yoluxma halı qeydə alınıb, 44 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 226 444, ölənlərin sayı isə 15 060 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 030 065 (83%) nəfərin sağaldığı bildirilib.

Milli.Az