Bu ərazidə su olmayacaq

2 Fevral 2022 11:10

Bu gün Xırdalanda içməli su verilişində məhdudiyyət olacaq.

"Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 2 fevral 2022-ci il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az