Azərbaycan çempionatında klubların sayı 10 olacaq

2 Fevral 2022 10:34

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında komandaların sayı 10 olacaq. 

Milli.Az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun hesabat konfransında məlumat verib. 

O bildirib ki, bu məsələ artıq təsdiqini tapıb.

Milli.Az