60 yaşlı kişi məktəbli qızın üstünə düşdü

2 Fevral 2022 09:48

Sankt-Peterburq şəhərinin Komendantski prospektində bədbəxt hadisə baş verib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  60 yaşlı kişi 10-cu mərtəbədən küçədən keçən məktəbli qızın üstünə yıxılıb. 

Hadisə zamanı kişi yerindəcə dünyasını dəyişib. Xəsarət alan məktəbli qız isə xəstəxanaya çatdırılıb. 

Onun vəziyyətinin yaxşı olduğu bildirilir. 

Milli.Az