Azərbaycanda qadın canlı efirdə qayınanasını öldürdüyünü ETİRAF ETDİ, telekanala polislər gəldi

1 Fevral 2022 23:12

Azərbaycanda qadın canlı efirdə qayınanasını öldürdüyünü ETİRAF ETDİ, telekanala polislər gəldi - VİDEOAzərbaycanda qadın canlı yayımda törətdiyi cinayəti etiraf edib.

ARB TV-nin efirində yayımlanan "Səni Axtarıram" verilişinin canlı efirində 1 il 9 ay sonra qadın qayınanasını öldürdüyünü etiraf edib.

O, bildirib ki qayınanasını qəsdən öldürməyib. Sonra isə qətli yoldaşının əmisi oğlu ilə törətdiyini bildirib.

Bu etirafdan sonra polis studiyaya gələrək qadını aparıb.

Milli.Az