Beyləqanda 12 ev uçub

6 May 2010 09:54
Milli.Az xəbər portalı ANS telekanalına istinadən xəbər verir ki, 68 ev qəzalı vəziyyətdədir. 7 ailə başqa yerlərə köçürülüb. Həmçinin 813 hektar taxıl, 63 hektar pambıq sahəsinə ziyan dəyib. Bəzi kəndlərə gedən yolların üzərindəki körpülər sıradan çıxıb.

Beyləqan rayon Fövqəladə Hallar Komissiyasının sədri Nurəddin Bayramovun verdiyi məlumata görə, hazırda evlərdən və həyətlərdən nasoslarla suyun çəkilməsi prosesi aparılır. Dəyən ziyanın məbləği müəyyənləşdirilir.

Bununla yanaşı, Araz çayının məcrasından çıxması nəticəsində Füzuli rayonunun Qazaxlar kəndində sel suları evlərə və həyətlərə dolub. Füzuli rayon İcra Hakimiyyətindən verilən məlumata görə, məcburi köçkünlərin yaşadığı evlərin sakinləri kəndin ərazisindəki boş evlərə və yaxınlarının evlərinə köçürülüb. Hazırda ərazidə bəndvurma işləri aparılır. İcra hakimiyyəti əmin edir ki, fəsadlar aradan qaldırıldıqdan sonra ailələr öz evlərinə qayıdacaq.

Milli.Az