Gürcüstanda “COVID-19” pasportları ləğv olunub

1 Fevral 2022 14:24

Gürcüstanda "COVID-19" pasportları ləğv olunub.

Milli.Az xəbər verir ki, bu barədə qərarı ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərara əsasən, bu sənəddən yalnız xarici ölkələrə səfərlər zamanı istifadə olunacaq.

Qeyd edək ki, qonşu ölkədə "yaşıl pasport"lar ötən ilin dekabrın 1-dən etibarən tətbiq olunub.

Milli.Az