Ermənistanda fevralın 1-dən elektrik enerjisi tarifləri artırılıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkənin İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiya yeni qiymətləri təsdiqləyib.
Beləliklə, ölkədə qiymətlər 11% artırılıb. Burada elektrik enerjisi üçün gündəlik tarif 47,98 dramdan 53,48 dram-a qaldırılıb. Bununla yanaşı, ayda 200 kilovat saatadək elektrik enerjisi istehlak edən vətəndaşlar üçün qiymət 1 kilovat saata görə 46,48 dram, 200-dən 400 kVt/saatadək istehlak edənlər üçün 48,48 dram, digərləri üçün isə 53,48 dram təşkil edəcək.
Milli.Az