Rusiyada analıq kapitalı və analara ödənən sosial ödənişlərin məbləği artırılıb.
Milli.Az bildirir ki, bu ilin əvvəlindən etibarən analıq kapitalı Rusiya Federasiyasında ilk dəfə olaraq proqnozlaşdırılan yox, faktiki inflyasiyaya əsasən indeksasiya olunur.
Hazırda ilk övlada görə ödənilən analıq kapitalının məbləği 525500 rubl (6790 dollar), ikinci övlada görə ödənilən məbləğ isə 693100 rubldur (8793 dollar).
İndeksasiya bir sıra ödənişlərə də şamil edilib. Belə ki, uşaq doğulandan sonra anaya ödəniləcək birdəfəlik müavinətin məbləği artıralaraq 20472 rubl (265 dollar) olub.
Rusiyada təqaüdçülərə ödəniləcək pensiyaların məbləği 8,6 faiz artırılıb.
Milli.Az