Bakıda gənc oğlanı avtomobil vurub

1 Fevral 2022 08:58

Bakının Sabunçu rayonunda yol-qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü İbadzadə Faiq Arif oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az