Bakıda gəlini və qayınanasını avtomobil vurub

1 Fevral 2022 08:38

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Sabunçu qəsəbəsində baş verib.

1961-ci il təvəllüdlü Abdullayeva Tahirə İbrahim qızı və onun gəlini 1989-cu il təvəllüdlü Abdullayeva Şəfa Canəli qızı marketdən çıxaraq yolun əks istiqamətinə keçərkən onları minik avtomobili vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralıların vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az