Bakıda Türkmənistan vətəndaşı bıçaqlanıb

1 Fevral 2022 08:28

Nizami rayonunda xarici ölkə vətəndaşı dava zamanı xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Dəllallar parkı kimi tanınan ərazidə Türkmənistan vətəndaşı 1993-cü il təvəllüdlü Oruc Kılıc Şamuradoviç naməlum şəxslə dava zamanı bıçaqlanıb. Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.

Milli.Az