Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, koronavurusa yoluxan müəllim və şagirdlərin çoxluğuna görə "Ankara məktəbi" məktəb-liseyində fevralın 1-dən dərslərin bir həftə ərzində distant keçirilməsi qərara alınıb.
Qeyd edək ki, ötən ilin oktyabrında da sözügedən məktəb iki həftəlik distant tədrisə keçmişdi.
Milli.Az