Kral sarayı üzərində dron uçuran Rusiya vətəndaşı saxlanıldı

31 Yanvar 2022 23:50

İsveçin paytaxtı Stokholmda kral ailəsinə məxsus Drottninqholm sarayı üzərində icazəsiz dron uçuran Rusiya vətəndaşı tutulub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İsveç Kəşfiyyat və Təhlükəsizlik Xidməti (SEPO) məlumat yayıb.

40 yaşlı Rusiya vətəndaşının sarayın üzərində dron uçurmasının səbəbi barədə məlumat verilməyib.

Milli.Az