"Əvvəl haqsızlıqlar gördüm. Yenə təklif aldım və qəbul etmədim. Rədd etdim deyə, sonuncu dəfə dəvət olunmadım".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "Şourum" proqramına açıqlamasında deyib. Sənətçi "Altın kelebek"lə bağlı bəzi iddialar irəli sürüb:
"İlk dəfə özüm gedəndə bəzi verilən sözlərdən yayınmaq gördüm. Ona görə də getmədim. Ən azından düzgün qiymətləndirilməli idi.
Belə mükafatlandırmalarda əvvəlcədən bilirlər kimə veriləcək. Bəziləri mənə yalançı gəlir. Alınıb-satılma kimi gəlir".
Milli.Az