“Real” baş məşqçisiz qaldı - SƏBƏB

31 Yanvar 2022 13:16

"Real"ın baş məşqçisi Karlo Ançelotti ətrafında gülməli vəziyyət yaranıb. 

Milli.Az lent.az-a istinadla xəbər verir ki, italiyalı f karyerasında 21 kubok qazanıb, lakin UEFA onun kvalifikasiyalarına şübhə edir.

Məsələ ondadır ki, Ançelottinin məşqçilik lisenziyasının müddəti 2021-ci il dekabrın 31-də başa çatıb.

Buna görə də UEFA Ançelottidən imtahanda biliyini təsdiqləməsini tələb edir. Bundan sonra məşqçinin lisenziyası yenilənəcək və o, komandanın rəhbərliyinə qayıda biləcək.

Belə çıxır ki, karyerasında 21 kubok, o cümlədən üç dəfə Çempionlar Liqasının qalibi olan məşqçi məşqçiliyə layiq olduğunu yenidən sübut etməlidir.

Milli.Az