Tinkoff Bank kriptovalyuta birjasına investisiya etdi

1 Mart 2022 23:40

Rusiyanın aparıcı rəqəmsal bankı Tinkoff Bank-a sahib olan TCS Group Holding İsveçrənin kriptovalyuta birjası olan Aximetria-nın əsas səhm paketini (83.2%) alıb. Aximetria kripto aktivlər üzrə ixtisaslaşan şirkətdir və Avropa, Asiya, Cənubi Amerika, MDB ölkələri üzrə özəl və korporativ müştərilərə kriptovalyuta xidmətləri göstərir. Aximetria birjası İsveçrədə kriptovalyuta əməliyyatları ilə işləmək üçün İsveçrə Maliyyə Bazarlarına Nəzarət Təşkilatından (FINMA) lisenziya alan ilk şirkətlərdən biri olub.

Milli.Az