Qazaxıstanda fəaliyyət göstərən maynerlər enerji sektorunda yaranmış vəziyyətlə əlaqədar yanvarın 24-dən elektrik şəbəkəsindən ayrılıblar. Ölkədəki enerji böhranı hakimiyyəti fevralın əvvəlinə qədər data mərkəzlərində elektrik enerjisini kəsməyə məcbur edib.
Yanvarın 25-də Qazaxıstanın tranzit xətti həddindən artıq yüklənməyə tab gətirə bilməyib. Orta Asiya ölkələrinin yarısı işıqsız qalıb. Hazırda elektrik enerjisinin verilişi bərpa olunsa da ikinci bağlanma təhlükəsi hələ də qalmaqdadır. Hökumət yanvarın 24-dən 31-dək Qazaxıstanda qeydiyyatdan keçmiş data mərkəzlərini elektrik enerjisindən ayırıb. Enerji daşıyıcılarının idarəetmə şirkəti (KEGOC) 196 data mərkəzə rəsmi bildiriş göndərərək enerji kəsintilərini artan resurs istehlakı və elektrik enerjisini saxlaya bilməməsi ilə əlaqələndirdi.
Blockchain və Mayninq Sənayesi Assosiasiyasının rəhbəri Alan Dordjiev sözlərinə əsasən, kriptovalyuta mayninqi əslində elektrik enerjisinin kəsilməsinə heç bir təsir göstərmir. Əsl səbəb tələb olunan gücü saxlamağa imkan verməyən köhnəlmiş stansiyaların və elektrik şəbəkələrinin köhnəlməsidir.
Milli.Az