Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin qız toyu olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlüyün oğlan toyu fevralın 2-də keçiriləcək. Şəhər restoranlarından birində planlaşdırılan məclisə tanınmış simalar dəvət olunub.
Qeyd edək ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid atası kimi nağara ifaçısıdır. Cütlüyün nişan mərasimi ötən il baş tutmuşdu.
Milli.Az