Ötən il Gürcüstandan 14 Azərbaycan vətəndaşı deportasiya edilib

31 Yanvar 2022 14:16

Ötən il Gürcüstandan 14 Azərbaycan vətəndaşı deportasiya edilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında qeyd olunub.

Bildirilib ki, 2021-ci ildə deportasiya edilən Azərbaycan vətəndaşlarından 3-ü kişi, 11-i isə qadın olub. Təkcə ötən ilin oktyabr-dekabr ayları ərzində 6 Azərbaycan vətəndaşı deportasiya edilib.

Milli.Az