"iPad3" təqdim olundu - VİDEO - FOTO

8 Mart 2012 10:26
Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, "Apple"in icraçı direktoru Tim Kuk mərhum Stiv Cobs təki, qara cins və qara köynəkdə səhnəyə çıxaraq yeni məhsuldan danışıb.
Onun dediyinə görə, "Apple"in istehsal etdiyi "iOS" əməliyyat sistemi indi 352 milyon qurğuda çalışır və "AppStore" onlayn proqram əlavələri dükanında isə artıq 25 milyard proqram var.

Daha sonra "iPad3" göstərilib.

Yeni "iPad"ın 9,7 düym diaqonallı "Retina" displeyi və 4 nüvəli "A5X" prosessoru, "iSight" kamerası var.

Bu kamera 1080 piksel keyfiyyətlə video da çəkir.

"iPad3" planşet kompüterinin səslə idarə sistemi var və bu sistem hələlik ingilis, fransız, alman və yapon dillərini "anlayır".

"iPad3" ətraf aləmlə 4G LTE rabitə modeli ilə əlaqə saxlayacaq və bu zaman internet bağlantısının sürəti saniyədə 72 meqabitə çata bilər.

"iPad3" batareya ilə 10 saat işləyə bilər. Sürəkli internetdən istifadə edildikdə isə işləmə vaxtı 9 saata düşür.
Ən başlıcası isə budur ki, "iPad3"dəki "iPhoto" fotoredaktoru foto və videoları peşəkar redaktə etməyə imkan verir.

"iPad3"ün çəkisi 0,68 kq, qalınlığı 9,4 mm, qiyməti minimum 499 dollardır.

Daha doğrusu, 16, 32 və 64 qeqabaytlıq "iPad3"ün satış qiymətləri müvafiq olaraq 499, 599 və 699 dollar təşkil edəcək.

Yeni "iPad3"ün ilk satışa çıxarılacağı ölkələr ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Yaponiya, Honkonq, Sinqapur və Avstriyadır.

Milli.Az




























Fotolar: AP, EPA, Getty İmages