Adelin konsertlərinin ləğv olunmasının səbəbi məlum oldu

31 Yanvar 2022 09:34

Adel Las Veqasdakı çıxışlarını ailə problemləri ilə bağlı ləğv edib.

Bu barədə Britaniya mətbuatı yazıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilib ki, müğənninin Riçi Pol ilə evliliyində çətin günlər yaşanır.

Adel özü isə şounun zəif hazırlandığından konsertlərin baş tutmadığını bildirib.

O, burada şou-dizayner Esmeralda Devlinlə arasındakı fikir ayrılığının mühüm rol oynadığını qeyd edib.

Milli.Az