Kanada rəhbərliyi ölkənin Ukraynadakı səfirlik əməkdaşlarının bir hissəsini müvəqqəti olaraq geri çağırmaq qərarına gəlib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Bununla birgə, açıqlamada Kiyevdəki diplomatik nümayəndəliyin fəaliyyətini davam etdirdiyi vurğulanıb.
Qeyd edək ki, daha öncə rəsmi Ottava Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqədar 18 yaşınadək uşaqları olan diplomatların ailələrini müvəqqəti olaraq Ukraynadan geri çağırdığını açıqlamışdı.
Milli.Az