Avropa İttifaqı ABŞ, eləcə də Qətər və Azərbaycanla qaz tədarükü ilə bağlı danışıqlar aparır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
"Diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə hazır olmalıyıq. Biz bütün variantları və ssenariləri, o cümlədən ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla Rusiyanın tədarükü azaltmaq və ya dayandırmaq qərarı verəcəyi təqdirdə qaz tədarükü məsələsində işləməyi nəzərdən keçiririk", - deyə J.Borrel bildirib.
Milli.Az