Daşkənddə “Bakı ayısı”nın iştirakı ilə baş vermiş insidentin görüntüləri yayılıb - VİDEO- FOTO

30 Yanvar 2022 20:37

Özbəkistanın paytaxtı Daşkənddə ana kiçik qızını ayının saxlandığı volyerə atıb.

Milli.Az bildirir ki, Zuzu adlı ayının saxlandığı volyerin kənarında duran qadın qəflətən qızını aşağıya atıb.

Üç yaşlı qız 5 metr yüksəklikdən düşüb.

Zuzu uşağa yaxınlaşıb, onu qoxulayıb və kənara çəkilib.

Polis ananı saxlayıb.

Onu 15 ildən 25 ilədək həbs gözləyir.

Milli.Az